Instagram reklamı düzgün qurulduqda ən səmərəli satış kanallarından biridir. Lakin büdcə plansız xərcləndikdə pul tez bitir, nəticə isə gözlənildiyi kimi olmur. Aşağıdakı addımlar büdcənizi daha ağıllı planlaşdırmağa kömək edəcək.
Reklamdan nə gözlədiyinizi əvvəlcədən dəqiqləşdirin: izləyici, mesaj, sayta keçid, yoxsa birbaşa satış? Hər məqsəd üçün Meta reklam kabinetində ayrıca kampaniya növü seçilir və nəticə də fərqli ölçülür.
Bir müştərinin sizə orta hesabla nə qədər gəlir gətirdiyini bilmək, bir müraciət üçün nə qədər ödəməyə hazır olduğunuzu müəyyən edir. Bu rəqəm büdcənin əsas istinad nöqtəsidir.
İlk həftələrdə büdcəni bir neçə auditoriya və vizual variant arasında bölün. Hansı kombinasiyanın daha ucuz müraciət gətirdiyini görəndən sonra büdcəni ona yönəldin.
Bir müraciətin qiyməti, klik faizi və satışa çevrilmə göstəricilərinə həftədə bir dəfə baxın. Zəif işləyən reklamları dayandırın, güclü olanların büdcəsini tədricən artırın.
Reklam kampaniyalarınızın qurulmasını və idarəsini peşəkarlara həvalə etmək istəyirsinizsə, CAM Media Group komandası kömək etməyə hazırdır.